İstifadəsi qadağan edilən çimərliklərin SİYAHISI

İstifadəsi qadağan edilən çimərliklərin SİYAHISI

Xəzər dənizinin müxtəlif ərazilərindən götürülən monitorinqin nəticələri məlum olub.

NOCOMMENT.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.

Qurum rəsmisinin sözlərinə görə, vətəndaşlar Xəzər və Binəqədi rayonlarında yerləşən çimərliklərdən istifadə edə bilər:

“Şıx, Hövsan, Sahil və Türkan çimərliklərində çimmək məqsədəuyğun sayılmır. Həmin ərazilərdən götürülən nümunələrdə bakterioloji çirklənmə müəyyən edilib. Bu barədə aidiyyəti orqanlara müraciət ediləcək”.