Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda yerləşən “Sunset” istirahət mərkəzinin qazanxanasında baş verən partlayış nəticəsində yaralanan kişinin vəziyyəti ağırdır.
NOCOMMENT xəbər verir ki, bu barədə report-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, yaralanan 3 nəfər dünən saat 22:20 radələrində Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilib: “Xəsarət alan qadınlardan birinin bədən səthinin 45%-i, digərinin bədən səthinin 35-40%-i, kişinin bədən səthinin isə 60%-i yanıb. Onların reanimasiya şöbəsində müalicələrinə davam edilir. Hazırda iki qadının vəziyyəti stabil, kişinin vəziyyəti isə ağır stabil olaraq qiymətləndirilir”.












