İxtisas seçiminin nəticələri bu tarixdə AÇIQLANACAQ

İxtisas seçiminin nəticələri bu tarixdə AÇIQLANACAQ

“Abituriyentlərin ixtisas seçimi ilə bağlı ərizələri emal olunur. Nəticələr yaxın vaxtda açıqlanacaq”.

NOCOMMENT xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) modern-in sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, seçim prosesi avqustun 29-da başa çatıb və bu həftə ərzində nəticələrin elan edilməsi gözlənilir: “Dəqiq tarix söyləmək çətindir. Adətən ixtisas seçiminin nəticələri 4-5 gün sonra elan olunur”.

Qeyd edək ki, ali təhsil müəssisəslərinə ixtisas seçiminə avqustun 29-da saat 09:00-da yekun vurulub. Ümumilikdə 66 744 ərizə təqdim edilib. I qrup üzrə 22 331, II qrup üzrə 14 642, III qrup üzrə 17 692, IV qrup üzrə 5 237, V qrup üzrə isə 10 527 nəfər ixtisas seçimi ərizəsi təsdiqlənib.

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri elan olunandan sonra 11 illik bazada kolleclərə ixtisas seçiminə start veriləcək.