Dövlət Sərhəd Xidmətinin zabiti, mayor Rövşən Cahangirov şəhid pilotların dəfn mərasimində jurnalistlərə hücum etdiyinə görə cəzalandırılıb.
NOCOMMENT xəbər verir ki, bu barədə DSX-nin aparat rəhbəri general-mayor Elçin İbrahimov haqqın.az-a deyib.
“Olayı incələdik və nəzakətsiz davranışına görə zabitimiz töhmət aldı”, – deyə general-mayor bildirib.











