Kapital Bank Birbank Cashback kartları ilə vətəndaşları necə aldadır? 

Kapital Bank Birbank Cashback kartları ilə vətəndaşları necə aldadır? 

Kapital Bank və Gold Qayalı Market iş birliyindən uduzan vətəndaşlar.

Son günlər Kapital Bankın Birbank Cashback kartları ilə ödənişlərdən kart sahibinə bəzən geri faizlərin ödənilməməsi ilə bağlı söz-söhbətlər gəzməkdədir. Hətta Birbank Mobil tətbiqində belə ödənişlər görsənmir.

Bu barədə NOCOMMENT.az-a sözügedən kart sahibləri məlumat veriblər.

Şikayətçilər bildirir ki, sözügedən məsələ ən son olaraq əsasən 50 AZN və daha yuxarı alış-veriş zamanı baş verir. Saytımıza müraciət edən şikayətçi bildirir ki, sentyabr ayında Sumqayıtda yerləşən Gold Qayalı marketdən Birbank Cashback ilə 300 manata yaxın alış veriş edildi və sistemdə bu əməliyyat görsənmədi. Eyni zamanda da, heç bir geri dönüş faizi verilmədi. Bu barədə Kapital Banka zəng edilib və onlayn çat vasitəsi ilə dəfələrlə bildirilsə də, bu məsələyə heç bir aydınlıq gətirilməyib. Şikayətçinin sonuncu belə bir əməliyyatı cari ilin oktyabr ayında baş verib. Hər iki hal ilə bağlı Banka məlumat verilsə də, bank sözügedən məsələyə aydınlıq gətirməyib.

Maraqlı məqam isə odur ki, bu hadisə ilə müştərimiz yalnız Sumqayıtda yerləşən Gold Qayalıda rastlaşıb. Digər məkanlarda isə şikayətçi Birbank Cashback ilə bu kimi ödənişlərdə belə bir hal ilə rastlaşmayıb. Bu nədir? Texniki nasazlıq, yoxsa Kapital Bank ilə Gold Qayalı arasında olan “anlaşma”? Hər bir halda burada uduzan tərəf sadə vətəndaşlardır.

Gold Qayalı Supermarket Sumqayıt
Gold Qayalı Supermarket Sumqayıt

Qeyd edək ki, əldə etdiyimiz məlumatlara görə bu kimi hallar ilə vətəndaşlar digər bir bankın Beynəlxalq Bankın Cashback kartlarında da rastlaşırlar.
Məsələ ilə Kapital Bank ilə əlaqə saxlamağa çalışsaq da, sorğumuza cavab verən olmadı. Sözügedən məsələni diqqətda saxlayıb araşdırmamızı davam etdirəcəyik.

Qarşı tərəflərin də məsələyə açıqlamasını və aydınlıq gətirərək mövqeyini işıqlandırmağa hazırıq.