Keçmiş baş prokuror İlyas İsmayılov vəfat edib

Keçmiş baş prokuror İlyas İsmayılov vəfat edib

Keçmiş baş prokuror İlyas İsmayılov 87 yaşında vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Siyasətçi fevralın 17-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.\\Teleqraf