Koronavirus STATİSTİKASI: Ölüm faktı qeydə alınmayıb

Koronavirus STATİSTİKASI: Ölüm faktı qeydə alınmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 252 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. Aktiv xəstə sayı 233 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 867, bu günə qədər isə ümumilikdə 6 735 182 test icra olunub.