Koronavirus STATİSTİKASI: Ölüm qeydə alınmadı

Koronavirus STATİSTİKASI: Ölüm qeydə alınmadı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 655 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 883 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. Aktiv xəstə sayı 63 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 915, bu günə qədər isə ümumilikdə 6 845 234 test icra olunub.