Koronavirus STATİSTİKASI: Yoluxma sayı təkrəqəmli oldu

Koronavirus STATİSTİKASI: Yoluxma sayı təkrəqəmli oldu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 067 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 040 nəfər müalicə olunaraq sağalıb, 9 698 nəfər vəfat edib. Aktiv xəstə sayı 329 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 106, bu günə qədər isə ümumilikdə 6 716 463 test icra olunub.