Koronavirus STATİSTİKASI: Yoluxma və ölüm sayı azaldı

Koronavirus STATİSTİKASI: Yoluxma və ölüm sayı azaldı

Azərbaycanda koronavirus (COViD-19) infeksiyasına 1 109 yeni yoluxma faktı qeydə alınıb, 1 946 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 602 137 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 573 034 nəfər müalicə olunaraq sağalıb, 8 055 nəfər vəfat edib. Aktiv xəstə sayı 21 048 nəfər təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 532, bu günə qədər isə ümumilikdə 5 655 385 test icra olunub.