Koronavirusa görə bağlanan məktəb və siniflərin sayı açıqlanıb

Koronavirusa görə bağlanan məktəb və siniflərin sayı açıqlanıb

Builki tədris ili müddətində Gigiyena və Epidemiologiya Mərkəzlərinin müvafiq qərarıyla ümumilikdə 61 ümumi təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.

Bu barədə NOCOMMENT-ə Təhsil Nazirliyindən məlumat verilib.

“Bunlardan 37-si müddət tamam olduqdan sonra əyani tədrisə qayıdıb. Eyni zamanda 1 537 sinifdə tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb. Bunlardan təyin edilən müddət başa çatdıqdan sonra 885 sinif əyani tədrisə qayıdıb”, –  deyə nazirlikdən bildirilib.