Koronavirusa görə distant tədrisə keçən məktəblərin sayı açıqlanıb

Koronavirusa görə distant tədrisə keçən məktəblərin sayı açıqlanıb

Azərbaycanda koronavirusa görə distant tədrisə keçən məktəblərin sayı açıqlanıb.

NOCOMMENT xəbər verir ki, Təhsil Nazirliyindən report-un sorğusuna cavab olaraq bildirilib ki, hazırda 1 məktəb və 87 sinif distant formada tədrisə davam edir.

Qeyd edək ki, sentyabrın 22-də aşağı siniflərdə, sentyabrın 29-da isə yuxarı siniflərdə ənənəvi tədris bərpa olunub.