Kriminal XRONİKA: Şübhəli bilinən 62 nəfər saxlanıldı

Kriminal XRONİKA: Şübhəli bilinən 62 nəfər saxlanıldı

Sentyabrın 29-da ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

NOCOMMENT xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 109, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.