Lənkəranda bu yolda asfalt örtüyü dağılıb, çalalar əmələ gəlib – VİDEO – FOTO

Lənkəranda bu yolda asfalt örtüyü dağılıb, çalalar əmələ gəlib – VİDEO – FOTO

Yolda çalaların olması sürücülər üçün təhlükə yaradır.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə söhbət Lənkəran-Boradigah-Masallı magistralının Lənkəran rayonunun Girdəni-Viravul kəndləri arasında yoldan gedir. Bu yolda asfalt örtüyü demək olar ki, dağılıb. Əsasən yolun bir hissəsində 4-5 yerdə dərinliyi təqribən 10-15 sm olan çalalar əmələ gəlib. Sürücülər həmin çalalara düşməsin deyə düz xətti tapdalayıb, əks yola çıxmağa məcbur olurlar. Bu da qəzalara səbəb ola bilir. Yola nabələd olan sürücülər çalalara düşəndə, nəqliyyat vasitələrinin diskləri əyilir, bu da əlavə xərcə gətirib çıxarır.

Yerli sakinlər deyir ki, qaranlıq düşən kimi demək olar hər gün bir neçə maşın çalalara düşür, həm maşınlara, həm də sürücülərə maddi cəhətdən ciddi ziyan dəyir. “Bir neçə ay bundan əvvəl yolda bir iki çala var idisə, indi bu çalaların sayı çoxalıb. Tədbirlər görülməsə bu davam edəcək”-  deyə sakinlər bildirir.