Lənkəranda avtomobillər toqquşub, ölən var.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, hadisə iyunun 5-də saat 23 radələrində şəhər ərazisində qeydə alınıb.
Belə ki, rayonun Sütəmurdov kənd sakini M.Babayevin idarə etdiyi “Mercedes” və Liman şəhər sakini Cahad Ələkbərovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub.
Nəticədə C.Ələkbərov və M.Babayevin sərnişini xəstəxanaya yerləşdirilib, C.Ələkbərov orada ölüb. Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.











