Masallıdakı yanğına helikopterlər cəlb olunub

Masallıdakı yanğına helikopterlər cəlb olunub

Masallı rayonunda dağlıq ərazidəki yanğının söndürülməsinə helikopterlər cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, “112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.