Məhkəmə binasından bayrağımız niyə götürülüb? – FOTO

Məhkəmə binasından bayrağımız niyə götürülüb? – FOTO

Binəqədi Rayon Məhkəməsinin inzibati binasından asılan dövlət bayrağı uzun müddətdir yığışdırılıb.

NOCOMMENT xəbər verir ki, axar.az-ın müşahidəsinə görə, dövlət bayrağımız bir neçə həftə öncə binanın üstündə olub. Lakin sonradan bayraq dirəkdən çıxarılıb və yerinə qaytarılmayıb.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, məhkəmə binasının üstündəki dirək təmir olunur: “Artıq dövlət bayrağımız binanın üstündə yenidən ucaldıldı. Göstərdiyiniz diqqətə görə təşəkkür edirik”.