Cəlilabadda məktəbdə şagirdi elektrik cərəyanı vuraraq öldürüb.
NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə rayonun Ocaqlı kənd orta məktəbində qeydə alınıb. İlkin məlumata görə, şagirdi məktəbin həyətində elektrik cərəyanı vurub.
Belə ki, həmin məktəbin 1-ci sinif şagirdi Zeynalov Hüseyn Yaşar oğlunu məktəbin həyətində elektrik cərəyanı vurub. Şagird xəstəxanaya çatdırılsa da, artıq onun öldüyü məlum olub.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.












