Xəbər verdiyimiz kimi, Bakıda 2005-ci il təvəllüdlü Xumar Babayeva binadan özünü ataraq intihar edib. Binanın qarşısında dayanan Zahid Niyazov qızın intihar etdiyini görüb, onu tutmağa çalışıb, ancaq buna nail ola bilməyib və özü də hadisə zamanı ağır xəsarət alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova ağır xəsarət alan Zahid Niyazovun vəziyyətilə bağlı son məlumatı açıqlayıb.
NOCOMMENT xəbər verir ki, Z.Ədilova modern.az-ın sorğusuna cavab olaraq deyib ki, hazırda xəstənin vəziyyəti stabil olaraq qiymətləndirilir: “Zahid Niyazov 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Ailəsinin iltizamnaməsi ilə özəl xəstəxanalardan birinə aparılıb.”












