Məleykə Abbaszadə: İmtahanlarda yazı işlərini yoxlayan ekspertlərin sayı azdır

Məleykə Abbaszadə: İmtahanlarda yazı işlərini yoxlayan ekspertlərin sayı azdır

“İmtahanlarda yazı işlərini yoxlayan ekspertlərin sayı azdır”.

NOCOMMENT xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, imtahan yazı işləri ən azı iki dəfə yoxlanılır: “Müəyyən hallarda isə üç dəfə yoxlanılır. Müəyyən fənlərdən, xüsusən də rus bölməsində ekspertlərin sayı çox azdır. Şagirdlər kifayət qədərdir, amma ekspertlər azdır. Bu səbəbdən yoxlama prosesi uzanır. Bizdə 6 minə yaxın marker, ekspert var. Markerlərin sayı, məsələn, 20 min olsaydı, biz yoxlamanı daha tez həyata keçirərik”.