Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı

Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) faiz dəhlizi parametrlərinin sabit saxlanılması barədə qərar qəbul edib.

Qurumdan NOCOMMENT-ə verilən məlumata görə, uçot dərəcəsi 7,75%, dəhlizin aşağı həddi 6,25%, yuxarı həddi isə 9,25% səviyyəsində saxlanılıb.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyulun 29-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.