İki ay əvvəl təyin olunduğu vəzifəsindən ayrıldı

İki ay əvvəl təyin olunduğu vəzifəsindən ayrıldı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəqəmsal hökumətin idarəolunması üzrə müşaviri Mehdi Cavadov vəzifəsindən ayrılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, cəmi iki ay yarım öncə təyin olunan Mehdi Cavadovun belə bir addım atması diqqət tələb edən hadisədir.