Bakıda yaşayış kompleksində içməli suda təhlükəli bakteriya aşkarlandı

Bakıda yaşayış kompleksində içməli suda təhlükəli bakteriya aşkarlandı

“İsmayıl-N” İstehsalat-Kommersiya Firması cərimə olunub.

NOCOMMENT.az xəbər verir ki, Binəqədi rayonu, Cəfər Xəndan 5066/40a ünvanında “İsmayıl-N” İstehsalat-Kommersiya Firmasına məxsus yaşayış kompleksində içməli suyun keyfiyyətinin sanitariya tələblərinə və dövlət standartlarına uyğun gəlməməsi faktı aşkar edilib.

Belə ki, aparılan yoxlama nəticəsində içməli suyun tərkibində "Pseudomonas aeruginosa" bakteriyasının normadan artıq olması müəyyən edilib.

Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Bakı Regional Bölməsində araşdırma aparılıb.

Firma barəsində İnzibati Xətalar Məcəlləsinin 265.2-ci maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə “İsmayıl-N” İstehsalat-Kommersiya Firması 300 manat miqdarında cərimə olunub. Yurd.media