Məşhur hospitalın baş həkimi vəzifəsindən ayrılıb

Məşhur hospitalın baş həkimi vəzifəsindən ayrılıb

Mərkəzi Gömrük Hospitalının baş həkimi (Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalının rəisi) Elman Məmmədov vəzifəsindən ayrılıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, o, öz təşəbbüsü ilə tutduğu vəzifəsindən çıxıb.

50 yaşlı E.Məmmədovun Dövlət Gömrük Komitəsinin 25 illiyi yubiley medalı da daxil olmaqla bir sıra təltifləri var.