“Ata sığorta” ASC-nin İdarə Heyətinin sədri Orxan Məmmədov işdən çıxıb.
NOCOMMENT report-a istinadən xəbər verir ki, onun yerinə hələ ki, təyinat olmayıb.
Sədr vəzifəsini müvəqqəti olaraq sədr müavini Xətai İsmayılov icra edir.
Xatırladaq ki, “Ata sığorta” 2004-cü ildən fəaliyyət göstərir, “Ata Holdinq” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.












