Bu gün səhər saatlarında metronun “28 May” stansiyasında vəfat edən şəxs Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi Əhməd Babayev olub.
Bu barədə NOCOMMENT.az-a universitetdən məlumat verilib. Bildirilib ki, ki, 72 yaşlı müəllimin qəfildən halı pisləşib və vəfat edib.
Ə.Babayevin 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başladığı, 65-dən çox elmi əsərin, 2 metodiki vəsaitin müəllifi olduğu bildirilir.












