2022-ci ilin sonuna qədər Bakı Metropoliteni QSC-nin “Bənövşəyi xətt”in yerüstü stansiyası olan “Xocəsən” sərnişinlərin istifadəsinə veriləcək.
NOCOMMENT xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.
“2016-cı il aprelin 19-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə müstəqillik dövrünün ilk, Bakı metropoliteninin üçüncü – “Bənövşəyi xətti”nin açılışı olub.
Bənövşəyi xətt iki stansiya ilə (“Avtovağzal” və “Memar Əcəmi”) istifadəyə verilib. Hazırda xəttin 3 stansiyası var”, – deyə açıqlamada bildirilib.











