Oğuzda 16 yaşlı qızı qaçıran şəxslər tutulublar.
NOCOMMENT apa-ya istinadən xəbər verir ki, Şəmkir rayon sakini Hüseyn Məhərrəmov tanışları Samir Quliyev və Yaqub Musayevlə birgə Oğuz rayonuna gələrək orada yaşayan 16 yaşlı A.G.-ni (ad şərtidir) razılığı olmadan avtomobilə mindirərək qaçırıb.
Onlar Yevlax şəhəri ərazində polis tərəfindən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.












