Oğuzda meşə yanğınının səbəbi MƏLUM OLDU

Oğuzda meşə yanğınının səbəbi MƏLUM OLDU

Oğuzda baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Bu barədə NOCOMMENT-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Oğuz rayonu, Mollalı kəndində başlayan yanğın güclü külək səbəbindən kəndlə sərhəd ərazidə yerləşən meşə fondu torpağına keçib.

O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.