Oğuzda meşəlik ərazidə yanğın başladı

Oğuzda meşəlik ərazidə yanğın başladı

Oğuzda meşəlik ərazidə yanğın başlayıb.​

NOCOMMENT xəbər verir ki, yanğın rayonun Xaçmaz, Calut və Sincan kəndi yaxınlığında, bələdiyyələrə aid olan meşəlik-kolluq ərazilərdə baş verib.​

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz və Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 10 texnika və​ xeyli sayda canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsində güclü küləyin çətinliklər yaratdığı bildirilib.