Dövlət Statistika Komitəsi bildirib ki, u ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 15,54 milyon ABŞ dolları dəyərində 15 983 ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib.
NOCCOMMET.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 % çoxdur, kəmiyyət olaraq – 3 % azdır.
Bəs, limondan seçilməyən və limon kimi alıb qəbul etdiyimiz LAYM nəyə yarayır?
Dünyanın tibb aləmi bildirir ki, laym antirevmatik, antiseptik, virus əleyhinə, bakterisid, müalicəvi, bərpaedici və tonik xüsusiyyətlərindən tibbdə geniş istifadə olunur. Güclü və sürətli ürək döyüntülərini sakitləşdirir. Mədəyə faydalı təsir göstərir və stress nəticəsində yaranan bağırsaq iltihabını aradan qaldırır. Laym oxşar xüsusiyyətlərə malik olduğundan limon əvəzinə tez-tez istifadə olunur. Qızdırma , yoluxucu xəstəliklər, boğaz ağrıları , soyuqdəymə və sair xəstəliklərdə əsl dərmandır.

Dünyanın böyük bir qismində , o cümlədən bizim ölkəmizdə tez-tez istifadə olunan sitrus meyvələrindən limon və limondan xeyli fərqli görünən laym geniş istifadə olunur . Bəzən çoxu elə düşünür ki, yaşıl görüntülü olanlar yetişməmiş limonlardır. Amma bu belə deyil.
Limonun laymdan görünüşcə ilkin fərqi limonun yaşıl və ya sarı ola bilməsi, amma laymın yalnız yaşıl olmasıdır.
Bu sitrusların 2-ci fərqi isə laym limondan kiçik, ucları daha az çıxıntılı və daha hamar olmasıdır.
3-cü fərq isə onların qabığındadır. Beləki limonun qabığı layma görə çox qalındır, amma layımın qabığı nazikdir.
4.Limonun və layımın bir fərqi də kəsildikdən sonra görünən iç qismidir. Limonun içi sarı-yaşıl, laymın isə yaşıl olur.
5. Laymın limondan sonuncu fərqi isə onların dadındadır. Laymın limondan adətən turş olur və dadı çox acı olur.
6. Limonun vətəni Çində, Hindistanda və Sakit Okeanın tropik adalar, laymın vətəni Cənub-Şərqi Asiyada Malay yarımadası hesab edilir. Bu səbəb də onların həm qurluşunda, həm rəngində, həm də dadında fərqlər var.
7 .Limon ağacda bitir, laym kollarda. Amma laymın elə növləri var ki, onlar ağacda da yetişir.
8. Laym bütün il boyu meyvə verir, amma limon il ərzində yalnız bir dəfə meyvə verə bilər.
9. Limon C vitamini ilə zəngindir, laymda isə C vitamini ilə yanaşı, M vitamini və fol turşusu da var.
10. Laymın saxlanma müddəti 2-3 , limonun saxlanma müddəti 4-5 həftədir.

Ticarət üçün laymın becərilməsi ilk dəfə 1870-ci illərdə Montserrat adasında ( Kiçik Antil adalarında ) baş tutub. Hazırda Hindistan , Şri Lanka , İndoneziya , Myanma, Braziliya, Venesuela və Qərbi Afrikada milyonlarla ağacı becərilir .
Əntiqə Rəşid












