Ötən gün 15 tüfəng təhvil götürüldü

Ötən gün 15 tüfəng təhvil götürüldü

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

NOCOMMENT.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, iyulun 23-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 8 tüfəng təhvil götürüblər.

Həmin gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 7 tüfəng aşkarlanaraq götürülüb.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir.