Pensiya alanların NƏZƏRİNƏ: Nazirlik yeni məlumat yaydı

Pensiya alanların NƏZƏRİNƏ: Nazirlik yeni məlumat yaydı

2022-ci ilin yanvar-mart aylarında 118,5 min pensiya, müavinət və təqaüd rəqəmsal infrastruktur üzərindən, proaktiv qaydada təyin edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən NOCOMMENT.az-a bildirilib.

Məlumata görə, onlardan 8,4 mini pensiya, 110,1 mini müavinət və təqaüd təyinatları olub.

ƏƏSMN tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.

Cari ilin 1 aprel tarixinədək 56,7 mini pensiya, qalanı müavinət və təqaüdlər olmaqla ümumilikdə 387,6 min təyinat e-qaydada həyata keçirilib.