Pensiyalar 50 manat yardımla birlikdə VERİLDİ

Pensiyalar 50 manat yardımla birlikdə VERİLDİ

Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib.

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) NOCOMMENT-ə verilən məlumata görə, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın növbəti rüb üzrə ödəniləcək 50 manatı da aprel ayınının pensiyasının üzərinə əlavə olunub.

Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.