Azərbaycanda son sutkada 3 799 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 421, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 398, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 679 nəfərdir. Pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 301-dir.
İndiyədək vurulan vaksinlərin ümumi sayı 13 678 248, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 342 858, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 4 843 153, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 249 884, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 242 353 nəfərdir.












