Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 1 668 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 273, ikinci doza vaksinlərin sayı 197 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 076-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 122 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 746 614, birinci doza peyvəndlərin ümumi sayı 5 351 241, ikinci doza vaksinlərin sayı 4 851 252 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 296 504, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 247 617 olub.