Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 3 808 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 350, ikinci doza vaksinlərin sayı 800 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 377-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 281 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 694 986, birinci doza peyvəndlərin ümumi sayı 5 344 556, ikinci doza vaksinlərin sayı 4 845 334 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 261 409, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 243 687 olub.