Polis Bərdədə əməliyyat keçirdi

Polis Bərdədə əməliyyat keçirdi

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ağaxan Sabirov saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, onun yaşadığı ünvandan 3 kiloqramdan artıq tiryək aşkarlanıb. Həmin şəxs narkotikləri satış məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A.Sabirov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.\\Unikal