Prezident icra başçısını işdən çıxardı

Prezident icra başçısını işdən çıxardı

Ziyəddin Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”, – sərəncamda deyilir.