Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla bu vəzifə Vahid Rasim oğlu Hacıyevə həvalə olunub.
NOCOMMENT xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, Vahid Hacıyev bu təyinatadək “Agro Dairy” şirkətinin idarə heyətinin sədri vəzifəsini tutub.
Sözügedən şirkətə 2 il rəhbərlik edən V. Hacıyev, həmçinin törəmə şirkət olan “Agro Dairy Operation” MMC-nin rəhbəri olub.













