Prokuror Əjdər Ola cəza istəyib

Prokuror Əjdər Ola cəza istəyib

Prokuror Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

NOCOMMENT-in report-a istinadən xəbərinə görə, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Daha sonra vəkil müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses martın 14-nə təyin edilib.