Prokuror Rafael Cəbrayılovun məhkəməsində çıxış edib

Prokuror Rafael Cəbrayılovun məhkəməsində çıxış edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev çıxış edib.

O bildirib ki, R.Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq) və 308.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təsirli bilinsin və ölməsi ilə bağlı cəza təyin edilməsin.

Məhkəmənin növbəti iclası mayın 26-na təyin edilib.