Prokuror Vilyam Hacıyevə cəza istəyib

Prokuror Vilyam Hacıyevə cəza istəyib

Dövlət ittihamçısı İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin 13 il azadlıqdan məhrum edilməsini istəyib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Bundan başqa, prokuror V.Hacıyevin 6 milyon 300 min manatlıq əmlak və pulunun dövlət nəfinə müsadirə olunmasını istəyib.

İş üzrə növbəti məhkəmə prosesi iyulun 8-nə təyin olunub.