1987-ci il təvəllüdlü, Sabirabad rayonu, Qalağayın kənd sakini Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən NOCOMMENT.az-a verilən məlumatda bildirilib.
Qeyd edək ki, 35 yaşlı qazi iyulun 10-da intihara cəhddən sonra ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilmişdi. Lakin bütün cəhdlərə baxmayaraq, ağır yanıq xəsarətləri səbəbindən iyulun 12-də vəfat edib.
Xatırladaq ki, Sabirabad rayonu Qalaqayın kənd sakini Elvin Cəfərov 3-cü qrup Vətən müharibəsi əlili idi, o döyüşlərdə kontuziya almışdı. 2 azyaşlı oğlu qalan qazi “Mauqli” ləqəbi ilə tanınıb. Bildirilir ki, xüsusi təyinatlıların sırasına qoşulmaq üçün onu test ediblər.













