Pul nişanına hörmətsizlik edən şəxs müəyyən olunaraq, polis orqanına çağırılıb.
NOCOMMENT xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, paytaxt sakini Etibar İsgəndərovla profilaktiki söhbət aparılmaqla, bu əməlin neqativ hərəkət olması onun diqqətinə çatdırılıb: “O, bu əməlindən peşman olduğunu deyib, sosial şəbəkələrdə yayılan həmin görüntülərə görə üzxahlıq edib”.











