Qəbələdə dağlıq ərazidə yanğın tam söndürülüb

Qəbələdə dağlıq ərazidə yanğın tam söndürülüb

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın tam söndürülüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yanğınsöndürmə əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər iştirak edib