Qəbul imtahanlarının birinci mərhələsinin nəticələri gələn həftə elan olunacaq.
NOCOMMENT-in xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 28-29 may tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələrinin gələn həftə elan olunması nəzərdə tutulub.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatlarda nəticələrin bu gün elan olunacağı iddia edilirdi.











