Qumbara hədiyyəsinə görə 19 yaşlı gənc TUTULDU

Qumbara hədiyyəsinə görə 19 yaşlı gənc TUTULDU

Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd “F-1” markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.  

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunan 19 yaşlı Elgün Ocaqverdiyev saxlanılıb. Ondan “F-1” markalı qumbarası aşkar olunaraq götürülüb.

Araşdırmalar davam etdirilir.

Xatırladaq ki, noyabrın 13-də polisə müraciət edən Nəsimi rayon sakini, 1984-cü il təvəllüdlü Nəriman Səfərov (ad və soyadlar şərtidir) yaşadığı mənzilin qarşısına qumbara və qərənfillərdən ibarət gül buketinin qoyulduğunu bildirib.