Ramiz Mehdiyevin yaxın qohumu AMEA-dakı vəzifəsindən çıxarıldı

Ramiz Mehdiyevin yaxın qohumu AMEA-dakı vəzifəsindən çıxarıldı

AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin qohumu Akademiyadakı işindən çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə KONKRET.az-a məlumat daxil olub.

Məlumata görə, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyev AMEA-nın İşlər idarəsinin müdiri vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, AMEA-nın mətbuat xidməti məlumatı təkzib edib və Fikrət Əliyevin işdən çıxarılmadığını, məzuniyyətdə olduğunu açıqlayıb.

Lakin mənbənin verdiyi məlumata görə, Fikrət Əliyev tutduğu vəzifədən azad edilib.