Amerikalı “Limp Bizkit” rok qrupunun gələn il mayın 31-də Tallinndə keçirilməsi planlaşdırılan konserti ləğv edilib.
NOCOMMENT.az ERR nəşrinə istinadən xəbər verir ki, buna səbəb ifaçının Krımla bağlı 2015-ci ildə nümayiş etdirdiyi mövqeyi olub.
Xarici İşlər Nazirliyindən bildirilib ki, Estoniyada təcavüzkar dövlətin tərəfdarlarına yer yoxdur:
“Estoniya Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və hesab edir ki, Ukrayna torpağının hər santimetri Ukraynaya məxsusdur. Təcavüzkar dövlətin tərəfdarlarına nə Estoniyada, nə də eston mədəni mühitində yer var”.
“Baltic Live Agency” öz “Facebook” səhifəsində tamaşaçılardan üzr istəyib:
“Sizə bildiririk ki, təşkilatçıdan asılı olmayan səbəblərə görə 31 may 2026-cı il tarixinə planlaşdırılan Limp Bizkit konserti ləğv edilib. Üzr istəyirik”.
Konsert təşkilatçıları etiraf ediblər ki, qrupun solisti Fred Durstun 2015-ci ildə Krımı Rusiya kimi tanıdığından xəbərdar olublar, amma bu cür hərəkətləri və bəyanatları qətiyyətlə pisləyiblər:
“Biz bunu yalnız onunla izah edə bilərik ki, o vaxt (2019-cu ildən əvvəl) Fred Durst Krımdan olan rus qadınla evli olub və ehtimal ki, təhrif olunmuş informasiya mühitində fəaliyyət göstərirdi. Biz həmçinin güman edirdik ki, sənətçinin konsertləri Estoniya və Ukraynadakı böyük tərəfdarlarının iştirakı ilə keçirilib”, – deyə agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qunnar Viese bildirib.
O, buna misal olaraq “Limp Bizkit” qrupunun son 5 il ərzində Almaniya, Avstriya, Niderland, Böyük Britaniya, İrlandiya, Pilşa və Fransa kimi ölkələrdə konsertlərini göstərib.
Agentlik həmçinin qeyd edib ki, konsertin həmtəşkilatçısı “Ukraynanın böyük tərəfdarı və vətənpərvər” Aleksandr Poryadçenkonun rəhbərlik etdiyi Ukraynanın “NTR Team” şirkətidir. NTR Komandası Tallinn konsertində bərabərhüquqlu tərəfdaş kimi iştirak edir, həm investisiya, həm də əmək sərf edir.
Xatirə SADİQ












